Yazını böyüt
Yazını kiçilt
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail konsulluğuna edilən silahlı hücumla bağlı danışıb.
Hafta.az xəbər verir ki, Ərdoğan hücumu qınayıb.
Bildirib ki, Beşiktaşdakı qorxaq hücumu qınayıram:
"Yaralı polislərimizin tezliklə sağalmasını arzulayır, İstanbul polis qüvvələrinə və xalqımıza başsağlığı verirəm. Terrorizmin bütün formalarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Vaxtında təxribatların Türkiyənin təhlükəsizlik mühitinə zərər verməsinə imkan verməyəcəyik".